Kredit kalkulyatoru

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

Valyuta məzənnəsi

23.03.2017 (MB kursu)

1 USD
1.7202
1 EUR
1.8529
1 RUB
0.0298
Money_icon

Tenderlər

İsmayıllı filialında təmir işlərinin aparılıması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

KredAqro Bank Olmayan Kredit Təşkilatı İsmayıllı filialında təmir işlərinin aparılıması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Azərbaycan Respublikasında vergi ödənişlərinə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  3. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  4. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  5. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  6. İşləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.(İndiyə qədər görülən işlərin siyahısı, il ərzində aparılan tikinti işlərinin həcmi və.s)

Tender iştirakçılarına təklif edilir ki, öz tender sənədlərini möhürlənmiş, imzalanmış şəkildə zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 11 sentyabr 2009-cu il saat 15:00-a qədər  KredAqro BOKT-un baş ofisi Bakı şəhəri, Həsən Əliyev küç, 63 ünvanına təqdim etməlidirlər. Zərflərdə İmayıllı filialında təmir işləri sözü qeyd olunmaıdır.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların sənədləri 14 sentyabr 2009-cu il tarixdə saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

Tender proseduru ilə maraqlananlar məlumat üçün müvafiq nömrəli telefonlarla müraciət edə bilərlər.

Tel
: (+994 12) 564 27 90/91

Əlaqəli şəxs: Ruslan Fətullayev 

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.