Kredit kalkulyatoru

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

Valyuta məzənnəsi

30.03.2017 (MB kursu)

1 USD
1.7238
1 EUR
1.8536
1 RUB
0.0304
Money_icon

Missiya, Məqsəd və Əsas Dəyərlər

Missiya

KredAqro, Azərbaycanın regionlarında olan mikro və kiçik sahibkarlara kreditlərin verilişini təşkil etməklə onların təsərrüfatlarının iqtisadi imkanlarını artırmağa, həyat səviyyəsini yaxşılaşdırmağa yardım edir ki, bu da onların yaşadığı cəmiyyətin və həmçinin qeyri-neft sektorunun inkişafına səbəb olur.

Gələcəcəyə baxış

Kənd təsərrüfatı, ticarət və digər iqtisadi fəaliyyət əsas götürülməklə Azərbaycanın əsas regionları üzrə kənd təsərrüfatı bazarında mövcud olan kiçik və mikro müəssisələrin tələblərinə uyğunlaşdırılmış Kiçik və Orta Biznes (SME) kreditləri verərək KredAqronun müştəri bazasını və portfelini genişləndirməkdir. 

Əsas dəyərlər

  • Ən yüksək səviyyədə müştəri məmnuniyyətini qazanmağa imkan verən,  zamanın tələblərinə uyğun və innovativ məhsul və xidmətlər təqdim edərək müştərilərin maliyyə ehtiyaclarını ödəmək.
  • Mütəmadi təlimlər keçirmək, karyera inkişafını dəstəkləməklə yüksək ixtisaslı və etibarlı işçiləri cəlb etmək, inkişaf etdirmək və uzunmüddətli əməkdaşlıq etmək.
  • Gəlirlilik, sosial təsir və ətraf mühitin qorunması baxımından maliyyə, sosial və ekoloji sektorda yüksək nailiyyətlər əldə etməklə, beynəlxalq maliyyə standartlarına cavab verən və şəffaf təşkilat olaraq fəaliyyət göstərmək.