Kredit kalkulyatoru

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

Valyuta məzənnəsi

24.09.2017 (MB kursu)

1 USD
1.7008
1 EUR
2.0342
1 RUB
0.0294
Money_icon

Müraciətlərin cavablandırılması müddətləri

- Təşkilat tərəfindən istehlakçıların müraciətləri qısa müddətdə, ən geci 10 iş günü ərzində cavablandırılır. İstehlakçıların müraciətlərinə cavablar imza səlahiyyəti olan İdarə Heyətinin sədri tərəfindən imzalanır. Hərəkətlərindən şikayət edilən şəxs müraciətləri cavablandırmır.

- İstehlakçıların müraciətləri əlavə araşdırma tələb edirsə müraciətlərin cavablandırılması 20 iş gününədək uzadıla bilər. Bu zaman, istehlakçıya araşdırmanın gecikmə səbəbləri, atılacaq növbəti addımlar və cavabın hazır olacağı son tarix aydın şəkildə izah olunur. Araşdırma zamanı əlavə sənədlərin təqdim olunması tələb olunursa bununla bağlı istehlakçıya məlumat verilir, sənədlərin təqdim olunması üçün son tarixlər göstərilir.

- İstehlakçıların müraciətləri ilə bağlı Mərkəzi Bankın sorğuları 5 iş günü ərzində araşdırılır və Mərkəzi Banka cavab göndərilir. Mərkəzi Bank müraciətlərin daha qısa müddətdə cavablandırılmasını tələb edə bilər. Mərkəzi Bank tərəfindən istehlakçıların məlumatlandırılması tələb olunarsa müraciətlərə baxılması və cavablandırılması 10 gün və ya 20 gün müddəti ərzində həyata keçirilir.

- İstehlakçılar müraciətləri ilə bağlı kredit təşkilatının cavabı ilə razılaşmadıqda və şikayətin yenidən araşdırılması məqsədilə kredit təşkilatına təkrar müraciət etdikdə müraciətin yenidən baxılması və araşdırılması Məsul şəxsin (İdarə Heyətinin sədrinin) xüsusi nəzarəti altında həyata keçirilir və müraciət müvafiq olaraq 10 gün və ya 20 gün ərzində Məsul şəxs tərəfindən cavablandırılır.

- İstehlakçılar müraciətləri ilə bağlı kredit təşkilatının cavabı ilə razılaşmadıqda onlar yenidən müraciət etmə, o cümlədən Mərkəzi Banka (internet vasitəsilə Bank xidmətləri istehlakçıları və ümumi bank sistemi ilə bağlı müraciətlər bölməsinə http://cbar.az/pages/contacts/feedback/next, telefon vasitəsilə qaynar xəttə (493112 – daxili nömrə: 387), poçt vasitəsilə AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., R.Behbudov küç. 32 ünvanına), məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

- Təşkilat tərəfindən istehlakçıya dəymiş zərərin əvəz edilməsi məqsədilə təklif olunmuş kompensasiya məbləği, müddəti, hesablanması metodologiyası və istehlakçı tərəfindən kompensasiya ödənişinin qəbul və ya imtina edilməsi üçün atılacaq addımlar dəqiq və aydın şəkildə yazılı olaraq istehlakçıya bildirilir. Təklif olunmuş kompensasiya ödənişinin qəbulu və ya imtina ilə bağlı istehlakçı tərəfindən qərarın qəbul edilməsi üçün Təşkilat daxilində müddət müəyyən olunur (10 iş günündən az olmamaqla) və bu barədə istehlakçıya məlumat verilir.

- Təşkilat tərəfindən müraciətlərin cavablandırılmasından və ya istehlakçılar tərəfindən tələb olunan kompensasiya məbləğinin ödənilməsindən imtina edildikdə və ya tələb olunandan az kompensasiya təklif edildikdə bunların səbəbləri, o cümlədən istehlakçıların hüquqları, sonrakı mərhələlər və ya prosedurlar dəqiq və aydın şəkildə yazılı olaraq istehlakçılara bildirilir.