Kredit kalkulyatoru

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

Valyuta məzənnəsi

24.09.2017 (MB kursu)

1 USD
1.7008
1 EUR
2.0342
1 RUB
0.0294
Money_icon

Müraciətlərə baxılması prosesi haqda məlumatlar

-  İstehlakçının müvafiq şifahi və yazılı formada müraciəti Müraciətlərə baxılma üzrə Bölmə tərəfindən qəbul edilir və qeydə alınır.

-  Müraciətlərin araşdırılması zamanı istehlakçıdan tələb olunan mümkün məlumatlar alınaraq müvafiq siyahıda qeydə alınır (adı, soyadı, ünvanı, əlaqə məlumatları, müraciətin məzmunu və s.);

-  Müraciətlərin reyestrinin aparılması və reyestrlə bağlı icmal məlumatlar istehlakçılara açıqlanır və reyestrə daxil edilməli məlumatlar müraciətçinin özündən və əgər Təşkilatla bu və ya digər şəkildə hüquqi münasibətlərdədirsə sistemdən və arxivdən götürülür;

-  Müraciətlərə baxılması və cavablandırılması üçün müraciətin xarakteri və mövzusuna uyğun olaraq Təşkilatın digər strukturları ilə məlumat mübadiləsi, araşdırma aparılır və nəticələri barədə müraciətçiyə cavab verilir. Müraciətlərin xarakterindən asılı olaraq, istehlakçılarla şifahi danışıqlar aparır və görüşlər təşkil edir, məsləhət və izahatlar verir.

-  İstehlakçılar müraciətlərilə bağlı kredit təşkilatının cavabı ilə razılaşmadıqda onlar Mərkəzi Bankla (internet vasitəsilə Bank xidmətləri istehlakçıları və ümumi bank sistemi ilə bağlı müraciətlər bölməsinə http://cbar.az/pages/contacts/feedback/next, telefon vasitəsilə qaynar xəttə (493112 – daxili nömrə: 387), poçt vasitəsilə AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., R.Behbudov küç. 32 ünvanına )) və/və ya məhkəməyə müraciət edə bilərlər