Kredit kalkulyatoru

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

Valyuta məzənnəsi

20.08.2017 (MB kursu)

1 USD
1.7008
1 EUR
1.9963
1 RUB
0.0287
Money_icon

Müşahidə Şurası

Douglas LEAVENS

Sədr

Cənab Leavens müəssisə və strateji səviyyədə 40 ildən artıq təcrübəsi olan yüksək səviyyəli maliyyə sektorunun inkişaf üzrə ekspertidir. Onun işlərinə ABŞ, Avropa , Afrika və Avstralaziyada beynəlxalq kommersiya bank işi və Afrika, Yaxın Şərq, Əfqanıstan və Azərbaycanda kiçik və orta sahibkarlıq maliyyəsi daxildir. O, inkişaf yönümlü kiçik və orta sahibkarlıqda kapital vəsaitlərinin investisiyalarını idarə etmək üçün Afrikada üç uğurlu müəssisənin kapital fondlarını yaratmışdır. Digər siyasi fəaliyyətlərə iqtisadi, maliyyə sektoruna və sosial inkişafa dair tələb olunan maliyyə xidmətlərinə ÇSİA (Çoxtərkibli və Siqnalizasiya İdarə Avadanlığı) girişini genişləndirmək məqsədilə mikromaliyyənin mərkəzi banklar, tənzimləyicilər və donor təşkilatlar ilə ən yaxşı təcrübələrinin inkişaf etdirilməsi daxildir. Cənab Leavens ACDİ/VOCA-nın Texniki İcraçı Direktorudur və Kənd təsərrüfatının Maliyyələşdirilməsi üzrə Əfqanıstan Şirkətinin İdarə Heyətinə rəhbərlik edir və İraqda Al- Thiqa mikromaliyyə qurumunun keçmiş sədridir. O, Beynəlxalq Münasibətlər üzrə magistr və Təşkilati İnkişaf üzrə peşəkar sertifikatlaşdırma dərəcələrini keçir.

 

Elena NELSON

Üzv

Xanım Nelson-un maliyyə inkişaf qurumunda, kommersiya bank işində, mikro maliyyələşmə və kənd təsərrüfatının maliyyələşdirilməsi qurumunun fəaliyyətində, texniki və təlim proqram təminatının həyata keçirilməsində 30 ildən artıq təcrübəsi var. O, kənd təsərrüfatının kreditləşdirilməsi və invenstisiya layihəsinin qiymətləndirilməsində peşəkardır. Xanım Nelson maliyyə qurumlarının monitorinqi və səmərəliliyinin qiymətləndirilməsi üçün maliyyə xidməti üzrə  ekspert kimi və inkişaf üzrə rəhbər kimi 1999-cu ildən ACDİ/VOCA –da səlahiyyətə  sahibdir. ACDİ/VOCA-ya qoşulmamışdan əvvəl o, kənd təsərrüfatı və ərzaq emalında kommersiya və istehlak müştəriləri üçün istehsal və investisiya fəaliyyətinin maliyyələşdirilməsində məsul olan Rumıniya və Buxarestdə Kənd Təsərrüfatı və Qida Sənayesi üzrə Bankda 20 ildən artıq işləmişdir. O, həmçinin Rumıniyanın Bank İşləri üzrə İnstitutunun təlim direktoru kimi xidmət göstərmişdir. Xanım Nelson Mikromaliyyə İnstitutunun Təlimatı EZSE(Enerji Zərrəciklərinin Stimul Emissiyası)-in həmmüəllifidir və EZSE Şəbəkəsində Maliyyə Xidmətləri və Müştəri Mühafizəsinin işçi qruplarında fəal olaraq iştirak etmişdir.  Xanım Nelson Bai Tushum & Partners Mikromaliyyə Şirkətində, Tacikistan, Qırğızıstan və Arvand MKƏT(Mikro-kredit Əmanət Təşkilatı)-nın direktorlar şurasının üzvüdür  və o, Tacikistan  Microlnvest məsləhət şurasına rəhbərlik edir.  

 
Yuriy SHULHAN

Yuriy SHULHAN

Üzv

Cənab Yuriy Şulqan Latın Amerikası, Mərkəzi Asiya, Şərqi və Mərkəzi Avropa və Afrika olmaqla bank və mikromaliyyə sektorunda 20 illik qlobal təcrübəyə malikdir. O, müxtəlif maliyyə institutları və iqtisadi inkişaf layihələrində Direktorlar Şurasının rəhbəri, üzvü, İdarə Heyətinin sədri və məsləhətçi vəzifəsində çalışmışdır.
FİNCA-ın Karib və Latın Amerikası regionları üzrə İdarə Heyətinin sədri və vitse-prezidenti vəzifəsində işlədiyi dövrdə o, FİNCA-ın region üzrə 7 filialının (1 bank, 2 tənzimlənən mikromaliyyə institutu, 1 tənzimlənməyən  mikromaliyyə institutu və 3 qeyri-hökumət mikromaliyyə təşkilatı) hər birində strateji liderliyi təmin etmişdir.
Əvvəllər cənab Şulqan Qırğızıstan, Tacikistan və Kosovoda 4 tənzimlənən mikromaliyyə institutlarının İdarə Heyətinin sədri kimi fəaliyyət göstərmişdir.

 

 
Mazen Fawzy

Mazen FAWZY

Üzv

Mazen Favzy 24 illik iş təcrübəsinə malik beynəlxalq səviyyəli mütəxəssisdir və fəaliyyətinin14 ilini USAİD tərəfindən maliyyələşdirilən proqramlarda işləmişdir. Hal-hazırda o, ACDİ/VOCA-ın Vaşinqtonda yerləşən ofisində Layihələrin İdarə edilməsi Departamentinin baş direktoru vəzifəsində çalışır. Onun bilik və təcrübəsi aparıcı səviyyədə idarəetmə və liderlik, genişmiqyaslı layihə portfellərinə birbaşa nəzarət, biznesin strateji inkişafı, keyfiyyətə zəmanət və biliklərin idarə edilməsi kimi sahələri əhatə edir. Onun layihələrin idarə edilməsi və inzibati sistemlərin tərtibatı, “burn-rate” menecmenti sahəsində böyük təcrübəsi vardır. M.Favzyin texniki savadı ərzaq təhlükəsizliyi/keyfiyyəti, aqrobiznes/kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, mikromaliyyə, konfliktlərin stabilləşdirilməsi və cəmiyyətin inkişaf etdirilməsi istiqamətlərini əhatə edir. O, bir neçə il “Global Communities” (keçmiş “CHF İnternational”) tərəfindən yaradılmış və idarə olunan mikro və orta sahibkarlığı maliyyələşdirən institutların kommersiya holdinqi “Vitas Group”-un nəzdində fəaliyyət göstərən “Vitas Rumıniya” kredit təşkilatının müşahidə şurasının üzvü olmuşdur. M.Favzy kənd təsərrüfatı üzrə kiçik və orta biznesin inkişaf etdirilməsi üçün bir neçə inkişaf proqramı tərtib etmişdir ki, bura qabaqcıl təcrübə ilə maliyyələşdirmə nəticəsində, inkişaf, gəlirlilik və iş yerlərinin yaradılması daxildir. O, Cal Poly Universitetinin Beynəlxalq Kənd Təsərrüfatının inkişafı fakultəsi üzrə aspirantura, Penn Dövlət Universitetində isə kənd təsərrüfatı elmləri fakultəsi üzrə bakalavr dərəcəsini bitirmişdir.