Kredit kalkulyatoru

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

Valyuta məzənnəsi

29.05.2017 (MB kursu)

1 USD
1.702
1 EUR
1.9062
1 RUB
0.03
Money_icon

Təşkilat xəbərləri

08 Oktyabr 2012-ci il tarixində “KredAqro” BOKT QSC-nin Baş ofisində daxili təlim mərkəzinin yaradılması haqqında sazış imzalanmışdır

08 Oktyabr 2012-ci il tarixində “KredAqro” BOKT QSC-nin Baş ofisində KfW, Frankfurt am Main, (“KfW”), “KredAqro” BOKT QSC (“KredAqro”) və Sparkassenstiftung fur internationale Zusammenarbeit e.V. (“Konsultant”) arasında “Azərbaycanda aqrar sahənin kreditləşməsi Proqramı” çərçıvəsində daxili təlim mərkəzinin yaradılması haqqında sazış imzalanmışdır.

Proqram Azərbaycanda bank və digər maliyyə-kredit təşkilatlarında aqrar sektorun krediləşməsinin artımına yönəldilmişdir. Bu kredit proqramı fermerlərin, xüsusilə kənd rayonlarında sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədini daşıyır.

 “KredAqro”-nun bir mikromaliyyə institutu olaraq, bu proqramda rolu kredit əməliyyatlarının gücləndirilməsi və onların regional və kənd təsərrüfatı sektorlarına mikro və kiçik kreditləşmə seqmentlərinə yönəltməkdir. Bu rol konsaltinq xidmətlərin göstərilməsiylə dəstəklənməlidir. Bu təyinatla “KredAqro” aqrar sahədə kreditləri yüksək standartlara və yüksək keyfiyyətlərə uyğun maliyyə məhsulları və xidmətləri kimi bütün (mövcüd və yeni) filiallarda təklif etmək imkanı əldə edəcək.

Konsaltinq xidmətləri bölgələrdə aqrar sektorunda kredit əməliyyatlarının sahəsində peşəkar heyətin kvalifikasiyasının və menecmentin səylərinin gücləndirilməsi məqsədini daşıyır. Bu istiqamətdə Konsultant davamlı daxili tədris-təlim mərkəzi təşkil edəcək. Beləliklədə, peşəkar təlimçilər kənd təsərrüfatı və Azərbaycan rayonlarının sahibkarlıq sahəsində kreditləşmə istiqamətində müasir biliklərini menecment heyətinə yönəldəcəklər.