KREDİT KALKULYATORU

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

VALYUTA MƏZƏNNƏSİ

11.12.2019 (MB kursu)

1 RUB
0.0268
1 EUR
1.8813
1 USD
1.7
W3Schools Money_icon

Təşkilat xəbərləri

“KredAqro” BOKT “Gənclər üçün Əmək Yarmarkası”nda iştirak etdi

Gənclərin, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi, onların əmək bazarına səmərəli inteqrasiyası məqsədilə Nəsimi rayon Məşğulluq Mərkəzi  YAP-nın Nəsimi rayon təşkilatı ilə birgə  18 mart 2015-ci il tarixində “Nizami” adına kinoteatrında “Gənclər üçün Əmək Yarmarkası”  təşkil olunmuşdir.  “Əmək Yarmarkası”nda  47  işəgötürən  500 iş yeri ilə iştirak etmişdir. İş yerləri əsasən Bankçılıq, otelçilik, turizim və digər xidmət sahələri üzrə olmuşdur.
“Əmək Yarmarkası”nın ilkin nəticələrinə görə 1000 nəfərə yaxın işaxtaran gənc iştirak etmiş, 647 nəfər gəncin CV-si gələcəkdə işə dəvət  üçün işəgötürənlər tərəfindən qəbul edilmişdir. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimlı, Millət Vəkilləri Hadı Rəcəbli, Məlahət Həsənova, Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Nəsib Məhəməliyev və Dövlət Məşğulluq Xidmtinin rəisi Anar Bədəlbəyli iştirak etmişdir.
“KredAqro” BOKT QSC hər zaman kimi bu yarmarkada iştirak etmişdir. Bu tədbirdə təşkilati İnsan resursları üzrə mütəxəssis Famil Manafov təmsil etmişdir. Təşkilata ayrılmış stenddə “KredAqro”-nun fəaliyyətini əks etdirən və reklam xarakteri daşıyan materiallar – bukletlər, loqolu qələmlər, ətirli loqolar, flayerlər - geniş şəkildə təqdim olunmuşdur.
Tədbir zamanı işlə bağlı 90 (doxsan) nəfərin yazılı müraciəti qəbul olunmuşdur, 30 (otuz) nəfər isə müraciət üçün təşkilatın elektron poçt ünvanını götürmüşdür. Əsasən kredit mütəxəssisi, əməliyyatçı və risklərin idarə edilməsi üzrə mütəxəssis, habelə, İT üzrə mütəxəssis vakansiyasları üzrə müraciətlər qəbul olunmuşdur.