Kredit kalkulyatoru

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

Valyuta məzənnəsi

29.06.2017 (MB kursu)

1 USD
1.7022
1 EUR
1.8999
1 RUB
0.0285
Money_icon

Təşkilat xəbərləri

“KredAqro” BOKT QSC “İlin şirkəti” mükafatına layiq görüldü

2012-ci il dekabrın 5-də Jumeirah Bilgah Beach Hotel-də nüfuzlu “İlin Şirkəti” ("Company of the Year") Milli mükafatının 7-ci təqdimetmə mərasimi keçirildi. Bu il ölkə biznesinin və iqtisadiyyatının müxtəlif sahələrində çalışan 26 şirkət mükafatın laureatı oldu. Onlar arasında artıq özlərini təsdiq etmiş maliyyə institutları, milli korporasiyalarla yanaşı, bazarda bu il yaranmış yeni oyunçular da yer aldı. Mükafata layiq görülən bütün şirkətlər fərqli olmalarına baxmayaraq yüksək rentabelli, bazarda sabit mövqeyə malik və intensiv inkişaf edən, maliyyə şəffaflığı və informasiya açıqlığı üzrə beynəlxalq standartları tətbiq edənlərdir.

“KredAqro” BOKT QSC uğurlu fəaliyyətinə görə, “İlin şirkəti. Bank olmayan kredit təşkilatı” nominasiyasında “İlin şirkəti” adına layiq görüldü və bu mükafatla təltif edildi.

Mükafatın təqdim olunmasında məqsəd, iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş, Azərbaycan biznesinin müsbət nüfuzunun formalaşdırılmasına, ölkənin dünya iqtisadiyyatına inteqrasiyasına, əhalinin rifah halının yüksəldilməsinə kömək edən şirkətlərin mükafatlandırılmasıdır.

Bu nüfuzlu mükafatın təqdim olunması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsinə, ictimaiyyətin və dünya biznes cəmiyyətinin diqqətinin, beynəlxalq standartlara müvafiq surətdə fəaliyyət göstərən aparıcı yerli şirkətlərə cəlb olunmasına şərait yaradır.

Xatırladaq ki, "İlin şirkəti" mükafatı 2000-ci ildə nüfuzlu işgüzar jurnal olan Consulting&Business tərəfindən təsis edilib və hər ilin sonunda təqdim olunur.