Kredit kalkulyatoru

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

Valyuta məzənnəsi

30.03.2017 (MB kursu)

1 USD
1.7238
1 EUR
1.8536
1 RUB
0.0304
Money_icon

Təşkilat xəbərləri

Zərdabi Mətbuat Mərkəzi yekun “dəyirmi masa” keçirib

Bu gün Zərdabi Mətbuat Mərkəzinin təşəbbüsü ilə “Bank-kredit məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” mövzusunda “dəyirmi masa” keçirilib. Azərbaycan Mətbuat Şurasında “KredAqro” BOKT QSC-nin dəstəyi ilə reallaşan ilin yekunlarına dair tədbirdə KİV-lərin rəhbərləri, sahədən jurnalistlər, bank-kredit qurumlarının təmsilçiləri, həmçinin alimlər və mütəxəssislər iştirak ediblər. Tədbiri ZMM-in sədri Rəhim Hüseynzadə açaraq bildirib ki, 9 ay davam edən layihə çərçivəsində ölkənin 24 aparıcı qəzetinin və 7 informasiya agentliyinin mövzunu necə işıqlandırmalarının monitorinqi aparılıb, monitorinqin nəticələri ilə ölkə KİV-ləri, aidiyyatı qurumlar məlumatlandırılıb, sahədən yazan jurnalistlərin və mütəxəssislərin iştirakı ilə “dəyirmi masa”lar keçirilib. Sonra o, 9 aylıq monitorinqin nəticələri ilə əlaqədar hesabatı açıqlayıb.

R.Hüseynzadə yekunda layihənin gerçəkləşdirilməsinə göstərdiyi hərtərəfli dəstəyə görə   beynəlxalq təcrübəyə və yüksək korporativ idarəetmə standartlarına malik “KredAqro” Bank Olmayan Kredit Təşkilatına və qurumun İdarə Heyətinin sədri Məcid Əsədova Zərdabi Mətbuat Mərkəzi adından təşəkkürünü bildirib. O əlavə edib ki, ABŞ-nın ACDİ/VOCA təşkilatı tərəfindən təsis olunub və dünyanın aparıcı maliyyə institutları (Beynəlxalq Maliyyə Korporasiyası, ABŞ-nın DWM şirkəti, Almaniyanın KFW fondu və s.) tərəfindən maliyyələşdirilən nüfuzlu qurumun təcrübəli ekspertlərinin layihənin istiqamətinə uyğun olaraq peşəkar məsləhətləri və köməklikləri sayəsində layihə uğurla həyata keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Xanhüseyn Kazımlı bank-kredit sahəsinin mediada işıqlandırılmasını, bu sahəyə diqqətin cəlb edilməsini vətəndaşların sosial-rifah halının yaxşılaşdırılmasına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirib. Bu mənada ZMM-lə “KredAqro” Bank Olmayan Kredit Təşkilatının əməkdaşlığının vacibliyinə toxunub.

“KredAqro” BOKT-nin departament rəhbəri, layihənin eksperti Zaur Əliyev təmsil olunduğu qurumun iş prinsiplərindən ətraflı bəhs edərək vurğulayıb ki, kredit təşkilatı fəaliyyətini media ilə əlaqələrə böyük önəm verərək qurur. Təşkilat çalışır ki, mövcüd sahədə qarşılıqlı inam və etimad mühitinin möhkəmlənməsinə öz töhfələrini versin. ZMM-lə birgə gerçəkləşdirilmiş layihəyə gəldikdə isə Z.Əliyev bu təşəbbüsün gələcəkdə də davamlı olacağını diqqətə çatdırıb.                 

Tədbir media və bank nümayəndələrinin çıxışı ilə davam edib.