Kredit kalkulyatoru

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

Valyuta məzənnəsi

24.09.2017 (MB kursu)

1 USD
1.7008
1 EUR
2.0342
1 RUB
0.0294
Money_icon

Təşkilat xəbərləri

KredAqro şəffaflıq sertifikatı (Transparency Sertificate) ilə təltif edildi

Bu mükafatlandırma Mikromaliyyə Informasiya Mübadiləsi Mərkəzi (The Mix Market Information Center) tərəfindən keçirilmişdir. Şəffaflıq üzrə qiymətləndirmə sistemi Mikromaliyyə informasiya Mübadiləsi Mərkəzi  bütün dünyada fəaliyyət göstərən maliyyə institutlarında şəffaflığı qiymətləndirilməsini təmin etmək məqsədilə yaradılmışdır.
 
Bu özündə 6 prinsipi birləşdirir: hədsiz borclanmanın qarşısının alınması, şəffaf və obyektiv qiymətqoyma, borcların toplanması üzrə loyal sistem, etik münasibət, şikayətlərin aradan qaldırılması üzrə səmərəli mexanizm və müştərilər haqqında məlumatların məxfiliyi.  

Yuxarıda adları çəkilən prinsiplər KredAqro üçün başlıca prinsiplərdir və onlara mütəşəkkil qaydada riayət olunur. Siyahıda adları çəkilən prinsiplərdən sonuncuları: “Etik münasibət”, “Şikayətlərin aradan qaldırılması” və “Müştərilər haqqında məlumatların məxfiliyi” təşkilatın korporativ mədəniyyətinin tərkib və ayrılmaz hissəsini təşkil edir. KredAqro üçün birinci yerdə keyfiyyətli xidmət, peşəkarlıq və hər bir müştəriyə fərdi yanaşma dayanır.

KredAqro müştəri xidmətinə və müştərilərlə əlaqəyə böyük önəm verir. Təşkilat müştərilərə ünvanlanmış Biz sizin üçün çalışırıq sloqanına uyğun olaraq müştərilərə faydalı olmağa çalışır. Təşkilat müştəri xidməti keyfiyyətinin, xidmətlərin çeşidinin və şərtlərin yaxşılaşdırılması istiqamətində daimi iş aparır.