Kredit kalkulyatoru

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

Valyuta məzənnəsi

29.05.2017 (MB kursu)

1 USD
1.702
1 EUR
1.9062
1 RUB
0.03
Money_icon

Təşkilat xəbərləri

Zərdabi Mətbuat Mərkəzinin və “KredAqro” BOKT-nın “Bank-kredit məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” adlı birgə layihəsinə start verilmişdir

Bank-kredit məsələləri ilə bağlı mövzuların kütləvi informasiya vasitələrində müntəzəm, obyektiv və dolğun işıqlandırılması cəmiyyət üçün bir neçə cəhətdən əhəmiyyət kəsb edir. Birincisi, ictimaiyyət onun üçün qapalı təsiri bağışlayan bu sahə barədə bilgilər əldə edir. İkincisi, demokratik cəmiyyətlərə xas prinsiplərdən olan şəffaflıq burada da özünü əyani göstərir, məlumat alma azadlığı ilə bağlı öhdəliklərə əməl olunur.
Zərdabi Mətbuat Mərkəzinin “KredAqro” BOKT ilə “Bank-kredit məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsinin reallaşması bu sahədə dönüş yaranmasında əhəmiyyətli dərəcədə köməyini göstərə bilər.
Lahihənin əsas məqsədi Azərbaycanın kütləvi informasiya vasitələrinin bank-kredit həyatının daha aktiv, obyektiv və peşəkarlıqla işıqlandırılmalarına nail olmaq, monitorinq aparmaqla bu sahədəki tendensiyaları izləmək, nəticələri ilə müvafiq qurumları, ictimaiyyət nümayəndələrini və KİV-lər tanış etmək, jurnalistlərin ixtisaslaşmalarına yardımçı olmaqdan ibarətdir.