Kredit kalkulyatoru

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

Valyuta məzənnəsi

20.08.2017 (MB kursu)

1 USD
1.7008
1 EUR
1.9963
1 RUB
0.0287
Money_icon

Təşkilat xəbərləri

Zərdabi Mətbuat Mərkəzi “dəyirmi masa” keçirib

Bu gün Zərdabi Mətbuat Mərkəzi “Bank-kredit məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” mövzusunda “dəyirmi masa” keçirib. “KredAqro” BOKT QSC-nin dəstəyi ilə Azərbaycan Mətbuat Şurasında düzənlənən tədbirdə KİV-lərin rəhbərləri, sahədən jurnalistlər, bank-kredit qurumlarının təmsilçiləri, həmçinin alimlər və mütəxəssislər iştirak ediblər. Tədbiri ZMM-in sədri Rəhim Hüseynzadə açaraq bildirib ki, bu “dəyirmi masa” təşkilatın eyniadlı layihəsi çərçivəsində reallaşdırılır. R.Hüseynzadə layihənin istiqamətlərinə ölkənin 24 aparıcı qəzetinin və 7 informasiya agentliyinin mövzunu necə işıqlandırmalarının monitorinqinin aparılmasının, monitorinqin nəticələri ilə medianın, aidi qurumların və ictimaiyyətin məlumatlandırılmasının, tərəflərin iştirakı ilə “dəyirmi masa”ların keçirilməsinin daxil olduğunu deyib. Sonra o, 4 aylıq monitorinqin nəticələri ilə əlaqədar hesabatı açıqlayıb.
R.Hüseynzadə yekunda layihənin gerçəkləşdirilməsinə göstərdiyi hərtərəfli dəstəyə görə   beynəlxalq təcrübəyə və yüksək korporativ idarəetmə standartlarına malik“KredAqro” Bank Olmayan Kredit Təşkilatına və qurumun İdarə Heyətinin sədri Məcid Əsədova Zərdabi Mətbuat Mərkəzi adından təşəkkürünü bildirib. O əlavə edib ki, ABŞ-nın ACDİ/VOCA təşkilatı tərəfindən təsis olunub və dünyanın aparıcı maliyyə institutları (Beynəlxalq Maliyyə Korporasiyası, ABŞ-nın DWM şirkəti, Almaniyanın KFW fondu və s.) tərəfindən maliyyələşdirilən nüfuzlu qurumun təcrübəli ekspertləri layihənin istiqamətinə uyğun olaraq peşəkar məsləhətləri və köməkliklərini təşkilatımızdan əsirgəmirlər.
Sonra söz “KredAqro” BOKT-nin departament rəhbəri, layihənin eksperti Zaur Əliyevə verilib. O, bank-kredit sektorunun media və ictimaiyyətlə əlaqələrinin sıxlaşdırılmasına xidmət göstərən layihənin mənsub olduğu qurum tərəfindən dəstəklənməsinin müsbət nəticələrini monitorinqin yekunlaırnda ifadəsini tapdığını söyləyib. Ekspert sahəyə aid yazıların sayca və keyfiyyətcə artması tendensiyasına toxunaraq ümidvar olduğunu bildirib ki, bu, növbəti aylarda da davam edəcəkdir. Z.Əliyev çıxışında KİV-lərin diqqət yetirməli olduqları cəhətlərin də ətraflı təhlilini verib.
Tədbir media və bank nümayəndələrinin çıxışı ilə davam edib.