"CredAgro" Qeyri-Bank Kredit Təşkilatı

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablayın.
Bununla da öz unikal kredit portfelinizi təyin edin

Daha ətraflı

Onlayn ərizə formasını doldurun.

Sizin ərizəyə mütləq baxılacaq


Daha ətraflı

06.09.2010 (MB kursu)

1 USD 0.8034
1 EUR 1.0360
1 GBP 1.2436
1 RUR 0.0263

Daha ətraflı

Xəbərlər 

CredAgro şəffaflıq sertifikatı (Transparency Sertificate) ilə təltif edildi

10.11.2009



CredAgro şəffaflıq sertifikatı (Transparency Sertificate) ilə təltif edildi
CredAgro şəffaflıq sertifikatı ( Transparency Sertificate)  ilə təltif edildi.

Bu mükafatlandırma Mikromaliyyə informasiya Mübadiləsi Mərkəzi (The Mix Market Information Center) tərəfindən keçirilmişdir. Şəffaflıq üzrə qiymətləndirmə sistemi Mikromaliyyə informasiya Mübadiləsi Mərkəzi  bütün dünyada fəaliyyət göstərən maliyyə institutlarında şəffaflığı qiymətləndirilməsini təmin etmək məqsədilə yaradılmışdır.
 
Bu özündə 6 prinsipi birləşdirir: hədsiz borclanmanın qarşısının alınması, şəffaf və obyektiv qiymətqoyma, borcların toplanması üzrə loyal sistem, etik münasibət, şikayətlərin aradan qaldırılması üzrə səmərəli mexanizm və müştərilər haqqında məlumatların məxfiliyi.  

Yuxarıda adları çəkilən prinsiplər CredAgro üçün başlıca prinsiplərdir və onlara mütəşəkkil qaydada riayət olunur. Siyahıda adları çəkilən prinsiplərdən sonuncuları: “Etik münasibət”, “Şikayətlərin aradan qaldırılması” və “Müştərilər haqqında məlumatların məxfiliyi” təşkilatın korporativ mədəniyyətinin tərkib və ayrılmaz hissəsini təşkil edir. CredAgro üçün birinci yerdə keyfiyyətli xidmət, peşəkarlıq və hər bir müştəriyə fərdi yanaşma dayanır.

CredAgro müştəri xidmətinə və müştərilərlə əlaqəyə böyük önəm verir. Təşkilat müştərilərə ünvanlanmış Biz sizin üçün çalışırıq sloqanına uyğun olaraq müştərilərə faydalı olmağa çalışır. Təşkilat müştəri xidməti keyfiyyətinin, xidmətlərin çeşidinin və şərtlərin yaxşılaşdırılması istiqamətində daimi iş aparır.


geriyə