"CredAgro" Qeyri-Bank Kredit Təşkilatı

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablayın.
Bununla da öz unikal kredit portfelinizi təyin edin

Daha ətraflı

Onlayn ərizə formasını doldurun.

Sizin ərizəyə mütləq baxılacaq


Daha ətraflı

06.09.2010 (MB kursu)

1 USD 0.8034
1 EUR 1.0360
1 GBP 1.2436
1 RUR 0.0263

Daha ətraflı

Müşahidə Şurası 

 Doktor Fred Smit
Müşahidə Şurasının Sədri


Doktor Fred Smit mikro-kredit, biznes xidmətləri proqramlarının hazırlanmasında və icrasında böyüs təcrübəyə malik kiçik və orta müəssissələrin inkişafı üzrə mütəxəssisdir. Doktor Smit kiçik və orta sahibkarlığın inkişafı üçün zəruri olan maliyyə xidmətləri və biznesin inkişafı istiqamətində bir sıra proqramların icrasına rəhbərlik etmişdir. Hal-hazırda o, ACDI/VOCA-ın Avropa və Asiya regionu üzrə vitse-prezidenti vəzifəsində çalışır.
O, kənd ərazilərinin kreditləşməsi, kiçik və orta, aqrobiznesin inkişafı proqramlarının icrasında 21 illik təcrübəyə malikdir. O, mərkəzi asiyada fəaliyyət göstərən proqramlarda 1994-cü ildən çalışır. Doktor Smit ixtisasca aqronomdur və çoxlu sayda kənd təssərüfatı proqramlarında iştirak etmişdir. Onun kənd təssərrüfatının inkişafına yanaşması kənd təssərüfatı müəssisələri üçün zəruri olan maliyyə və biznes idarəçiliyinin qurulmasına, istehsal və emal texnologiyalarında üstünlüklərin istifadə edilməsinə əsaslanmaqla illər boyu formalaşmışdır. Onun 25 illik fəaliyyəti kiçik və kənd təssərrüfatı bizneslərinin uğurlu və rəqabət qabiliyyətli olması üçün strateji planlaşdırma, menecment, marketinq sisteminin qurulmasına  fokuslaşmışdır.


 Xanım Elena Nelson
Müşahidə Şurasının üzvü

1999-cu ildən ACDİ/VOCA Baş nümayəndəliyində çalışır. Mikro-maliyyə və maliyyə müəssisələrinin yaradılması üzrə mütəxəssis kimi o, ACDİ/VOCA-nın layihələri və maliyyə fəaliyyətinin monitorinq modeli çərçivəsində fəaliyyət qabiliyyətli maliyyə institutlarının təşkilində iştirak etmiş, illər boyunca ACDİ/VOCA-nın təxminən 12 mikro-maliyyə və kənd təsərrüfatı layihələrinə texniki və təşkilati dəstək göstərmişdir. Onun əsas nailiyyətləri maliyyə müəssisələrində daxili siyasət və proseduraların, maliyyə monitorinqi və təhlili sisteminin qurulmasında olmuşdur. Xanım Nelson həm bank, həm də qeyri-bank müəssislərinin auditi və daxili nəzarətinin təşkili üzrə böyük təcrübəyə malikdir. O, Mərkəzi Asiyada təşkilatlara müxtəlif şəkildə dəstək göstərib, bu regionda əməliyyat tənzimlənməsinin hüquqi sistemi və spesifikası haqqında yaxşı təcrübəyə malikdir. Hal-hazırda xanım Nelson Qırğızıstanda Bai Tushum təşkilatının İdarə Heyətinin üzvü, Tacikistanda Microİnvest-in Müşavirlər Şurasının sədri, Əfqanıstanda ARFC təşkilatının Müşahidə Şurasının üzvü kimi ACDI/VOCA-nı təmsil edir. SEEP Framework for MFI financial performance monitoring (2005), Board training manual (2004) və Internal Audit toolkit (2010) kitablarının birgə müəllifidir.



 Gülnarə Həsənova
Müşahidə Şurasının üzvü


Xanım Gülnarə Həsənova  Azərbaycanda lider su istehsalçısı və təhcizatçısı olan Aqua-Vita-Taj şirkətinin Meneceri vəzifəsində çalışarkən, istehsal, satış, marketinq də daxil olmaqla bütün əməliyyatlara cavabdeh olmuşdur. 2003-cü ildən xanım Həsənova Bakı Dövlət Universitetində mühazirələr oxuyur və marketinq mövzusunda təlim kursları keçirmişdir. Aqua-Vita-ya qoşulana kimi Xanım Həsənova İsveçin Kosmetika Kompaniyası Orifleym şirkətində Satış və Marketinq üzrə Menecer vəzifəsində işləmişdir. O, həmçinin Dünya Qlobal Təhsil təşkilatında Layihə Rəhbəri və KLM Royal Dutch Airlines-da satış  agenti vəzifəsində çalışmışdır. Gulnarə xanım London Biznes Məktəbində MBA proqramı üzrə təhsil almışdır. O, həmçinin Azərbaycan Xarici Dillər Universitetində Magistr dərəcəsi almış, biznesin idarə olunması sahəsində olan bir çox beynəlxalq kurslarda iştirak etmişdir. O, hal hazırda Sidus Group təşkilatının rəhbəridir.