|
Almaq istədiyiniz kredit məbləğini özünüz hesablayın. Bununla da öz unikal kredit portfelinizi təyin edin Daha ətraflı |
|
|
Onlayn ərizə formasını doldurun. Sizin ərizəyə mütləq baxılacaq Daha ətraflı |
|
06.09.2010 (MB kursu)
Daha ətraflı |
|
İdarə Heyəti
Eldar Cəfərov
İdarə Heyətinin Sədri
1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir.
2009-cu ildə isə ABA Stonier Graduate School of Banking bankçılıq məktəbini bitirmişdir.
1997-ci ildə Aqrar Sənaye bankında kredit işçisi və baş kredit işçisi işləmişdir.
1999-cu ildə EU Tacis regional pilot aqro-biznes müəssələrinə dəstək layihəsində kordinator vəzifəsində çalışmışdır.
2001- 2002 - ci illərdə ACDI/VOCA təşkilatının kənd ərazilərinin kreditləşməsi layihəsində kredit işçisi və sonra baş kredit işçisi vəzifələrində işləmişdir.
2002-ci ildən “CredAgro” QBKT-nin İdarə Heyətinin sədridir.
Anar Əliyevİdarə Heyəti Sədrinin müavini
1997-ci ildə Qazi Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsini bitirmişdir.
2005-ci ildə Bakı Biznes Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsindən magistr dərəcəsinə yiyələnərək məzun olmuşdur.
1997-1998-ci illərdə Türkbank-da İqtisadçı və ARTBank-da Kredit inspektoru vəzifələrində çalışmışdır.
1998 – 2009-cu illərdə Mərkəzi Bankda müxtəlif vəzifələrdə işləmişdir.
2009-cu ildən “CredAgro” QBKT-də çalışmaqdadır. Hazırda, İdarə Heyəti sədrinin müavinidir.
Roksana Əfəndiyeva İdarə Heyətinin üzvü
2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakultəsini magistr dərəcəsi ilə bitirmişdir.
2002-ci ildə Deloitte CIS təşkilatınn Moskva ofisində auditor və 2007-ci ildə isə KPMG Azerbaijan təşkilatında baş auditor vəzifələrində işləmişdir.
2008-ci ildə Baker Tilly Azerbaijan təşkilatında Sənaye və İstehsalat xidmətləri, maliyyə institutları və sığorta şirkətlərinin auditi üzrə audit departamentinin rəhbəri vəzifəsində çalışmışdır.
2009-cu ilin dekabr ayından təşkilatın İdarə Heyətinin üzvü və Maliyyə departamentinin rəhbəridir.
Rüfət Quliyevİdarə Heyətinin üzvü
Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və Kibernetika fakültəsini bitirmişdir.
O, 2008-ci ildə Böyük Britaniyanın Herfordshir Universitetində “Kompüter Texnologiyaları” ixtisası ilə maqistraturanı bitirmişdir. 2009-cu ildə isə Böyük Britaniyanın Leicester Universitetinin Menecment Məktəbini bitirmişdir
1998- 2001- ci illərdə İntergeo Tethys təşkilatında çalışmışdır.
2006-ci ildən təşkilatın İdarə Heyətinin üzvü və IT departamentinin rəhbəridir.



