"CredAgro" Qeyri-Bank Kredit Təşkilatı

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablayın.
Bununla da öz unikal kredit portfelinizi təyin edin

Daha ətraflı

Onlayn ərizə formasını doldurun.

Sizin ərizəyə mütləq baxılacaq


Daha ətraflı

06.09.2010 (MB kursu)

1 USD 0.8034
1 EUR 1.0360
1 GBP 1.2436
1 RUR 0.0263

Daha ətraflı

Missiya və strategiya 

 CredAgro öz sürətli inkişafını qoruyub saxlamaqla əldə olunan gəlirlərin həcmini artırmağa, effektivlik və mənfəətlilik səviyyəsini yaxşılaşdırmağa nail olub, eyni zamanda özünün mikro və kiçik sahibkarlara, aşağı və orta gəlirli ailələrə xidmət göstərmək missiyasına sadiq qalıb. Təşkilatın missiyası Azərbaycanın regionlarında iş adamlarını maliyyə xidmətləri ilə təmin edən müstəqil və dinamik bir təşkilat olmaqdan ibarətdir.

“CredAgro”nun əsas məqsədi kredit əməliyyatlarının effektiv və şəffaf aparılması, iş adamlarını maliyyə xidmətləri ilə təmin etmək və insan resurslarının inkişafı istiqamətlərində ən yüksək nəticələrə  nail olmaqdır.

“CredAgro”nun strateji baxışı sosial yönümlü təşkilat kimi müştərilərin ehtiyacına cavab verən ədalətli qiymətlərlə və Azərbaycanın bütün ərazisində asanlıqla əldə  edilə bilən maliyyə xidmətlərinin mövcud olduğu iqtisadi mühitin inkişafına çalışmaqdır.

Təşkilatın Strateji Baxışına əsasən 2009 - 2011-ci illər üçün dövrün sonuna təşkilat aşağıdakı meyyarlara tam cavab verəcəkdir:
  • daxili mikromaliyyə sektorunda ən qabaqcıl təşkilatlardan biri olmaq;
  • sosial məsuliyətli təşkilat statusu almaq;
  • dayanıqlı və effektiv struktura malik olmaq;
  • beynəlxalq və yerli assosiasiyalarda mühüm iştirakçı olmaq;
Bizim mikro və kiçik biznes fəaliyyətinə diqqət yetirməyimizin səbəbi ondan ibarətdir ki, biz bu sahənin Azərbaycan iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin yaradılması və yoxsulluğun azaldılması üçün həyati əhəmiyyət daşıdığını bilirik.

Öz müştərilərinin tələblərinə tam cavab vermək və Azərbaycanın qabaqcıl qeyri bank kredit təşkilatlarından biri kimi mövqeyini qoruyub saxlamaq üçün “CredAgro” öz kredit məhsullarını daim inkişaf etdirir və çeşidini artırmağa çalışır.

“CredAgro” müştəriyə xidmət sahəsində böyük təcrübəyə, müasir informasiya texnologiyalarına malikdir. Təşkilatın əsas hədəfi müştərilərə yüksək səviyyəli, keyfiyyətli xidmətlər göstərmək və mikromaliyyə xidmətləri bazarında liderlik əldə etməkdir.