|
Almaq istədiyiniz kredit məbləğini özünüz hesablayın. Bununla da öz unikal kredit portfelinizi təyin edin Daha ətraflı |
|
|
Onlayn ərizə formasını doldurun. Sizin ərizəyə mütləq baxılacaq Daha ətraflı |
|
06.09.2010 (MB kursu)
Daha ətraflı |
|
Tarix
Ümumi məlumat“CredAgro” - Azərbaycan kredit bazarında 2000-ci ildən uğurlu fəaliyyət göstərən qeyri bank kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir. 9 illik fəaliyyəti ərzində CredAgro Azərbaycan mikromaliyyə sektorunda aparıcı kredit təşkilatlardan birinə çevrilmişdir.
CredAgro 2000–ci ilin ortalarında ACDI/VOCA təşkilatı tərəfindən məhdud məsuliyyətli kredit təşkilatı kimi yaradılmış, həmin ildə də Azərbaycan Mərkəzi Bankından lisenziya almışdır. O, Azərbaycan bazarındakı uğurlu fəaliyyətini Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyinin (USAID) maliyyələşdirdiyi kiçik və orta sahibkarlığın inkişafı proqramı çərçivəsində başlamışdır. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) baş ofisi Bakıda olmaqla, 9 regional ofisin təşkili üzrə əməliyyat xərclərini maliyyələşdirmək üçün CredAgro təşkilatına 3 mln. ABŞ dolları həcmində kredit ayırmışdır.2006-cı ildən MicroFinanza Rating beynəlxalq reytinq agentliyi ilə əməkdaşlıq edən CredAgro, ölkədə yüksək beynəlxalq reytinq almış ilk qeyri bank kredit təşkilatı olmuşdur. 2008-ci ilin yanvar ayında təşkilatın fəaliyyətini yenidən qiymətləndirən MicroFinanza Rating, onu “A-” səviyyəsində qiymətləndirmişdir. Bu Azərbaycan mikromaliyyə sektorunda ən yüksək reytinqlərdəndir. Microfinanza Rating, təşkilatda yüksək maliyyə təhlükəsizliyi, yüksək səviyyəli sistemlərin və dinamik inkişaf olduğunu təyin etmişdir. Bu isə uğurlu inkişafdan xəbər verir.
Təşkilatın fəaliyyətinin mühüm hissəsini müxtəlif assosiasiyalarda aktiv iştirakı təşkil edir. CredAgro Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar Milli Konfederasiyasının üzvüdür.
CredAgro müştərilərə biznes, istehlak, lizinq, avtomobil və kənd təsərrüfatı və lizinq kreditlərinin verilməsi xidmətlərini təklif edir. O, müştərilərlə əlaqələrini onlara maksimal dərəcədə faydalı olmaq prinsipi əsasında qurur. Bu həm təşkilatın sloqanında – “Bizim maliyyə, Sizin mənfəət”, həm də fəaliyyətində və konkret xidmətlərində öz əksini tapır. Təşkilatın mühüm məqsədlərindən biri müştəri xidməti keyfiyyətinin daimi olaraq artırmaq, göstərilən xidmətləri genişləndirmək və şərtlərini yaxşılaşdırmaqdır.
Təşkilatın mühüm prioritetlərindən biri fəaliyyət dairəsini və xidmət şəbəkəsini genişləndirməkdir. CredAgro hazırda Bakı, Sumqayıt, Xaçmaz, Quba, İsmayıllı, Göyçay, Qəbələ, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Mingəçevir, Gəncə, Tovuz, Ağstafa, Qazax, Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran rayonlarında 13 filial və 9 sub ofisdən ibarət xidmət şəbəkəsinə malikdir.
CredAgro kreditləşmə və ticarət maliyyələşdirilməsi proqramları üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, BlueOrchard, DWM, Tripple Jump, KfW, Oikocredit Fund və s. beynəlxalq maliyyə təşkilatları ilə, eləcə də GMF və Micro Vest ilə fəal əməkdaşlıq edir.
CredAgro institusional inkişafa böyük əhəmiyyət verir. Təşkilatın institusional inkişafı və müxtəlif fəaliyyət istiqamətlərinin gücləndirilməsi üzrə EBRD, USAID, IFC və digər maliyyə təşkilatlarının beynəlxalq proqramları çərçivəsində texniki yardımlardan istifadə etmişdir.
Dinamik fəaliyyətinə və beynəlxalq maliyyə təşkilatlarının etibarına, eləcə də ölkənin regionların sosial-iqtisadi və xüsusilə sahibkarlığın inkişafına əhəmiyyətli töhfəsinə görə CredAgro “UĞUR” mükafatına layiq görülmüşdür.



